Açıq havada siqaret çəkmək qadağan edildi
İtaliyanın Milan şəhərində 1 yanvar 2025-ci il tarixindən etibarən açıq havada siqaret çəkməyi qadağan edən qanun qüvvəyə minib.
Crossmedia.az “Haber Global” a istinadən xəbər verir ki, yeni qaydaya əsasən, parklar, meydanlar, kafelər və səki kimi ictimai yerlərdə siqaret çəkmək rəsmi olaraq qadağandır. Siqaret çəkmək istəyənlər yalnız digər insanlardan ən azı 10 metr uzaqda yerləşən xüsusi ayrılmış zonalarda siqaret çəkə bilərlər.
Qadağanı pozan şəxslərə 40 ilə 240 avro arasında cərimə tətbiq olunacaq.
Fidan Hacızadə
16:28 01.01.2025
Oxunuş sayı: 3700