CROSSMEDIA - Mərakeş və Suriya diplomatik əlaqələri gücləndirmək barədə razılığa gəliblər
Xarici xəbərlər

Mərakeş və Suriya diplomatik əlaqələri gücləndirmək barədə razılığa gəliblər

Mərakeşin xarici işlər naziri Nasser Bourita Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilə telefon danışığı aparıb.

Crossmedia.az “Sputnik Afrika”ya istinadən xəbər verir ki, Bourita Mərakeşin "Suriya xalqına, Suriyanın suverenliyi və ərazisinin bütövlüyünə dəstəyini" təkrarlayıb.

Nazirlər "iki xalqın ümumi maraqları naminə ölkələr arasında diplomatik münasibətləri gücləndirmək" barədə razılığa gəliblər.

Burita ilə Əl-Şeybani arasında telefon danışığı prezident Bəşər Əsədin istefasından sonra iki ölkənin xarici işlər nazirləri arasında ilk təmas olub.

Noyabrın sonunda silahlı müxalif birləşmələr Suriya ordusunun mövqelərinə qarşı irimiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib.

Dekabrın 10-da İdlib vilayətində qondarma xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək Suriya keçid kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.

Samirə Şərif

15:17 01.01.2025

Oxunuş sayı: 5030

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR