CROSSMEDIA - Özbəkistan metallurgiya sənayesində artım
Xarici xəbərlər

Özbəkistan metallurgiya sənayesində artım

2024-cü ilin yanvar-noyabr ayları ərzində Özbəkistanın metallurgiya sənayesinin istehsalı 154,5 trilyon sum  (11,9 milyard dollar) təşkil edib. 

Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu rəqəm illik müqayisədə 36,7 % artıb (2023-cü ilin yanvar-noyabr aylarında 113 trilyon sum və ya 8,7 milyard dollar). 

Qeyd edək ki, emal sənayesinin strukturunda metallurgiya sənayesinin payı 23,3 faiz təşkil edib. Eyni zamanda, qeyd olunan dövrdə digər qeyri-metal məhsulların həcmi 36,9 trilyon sum (2,8 milyard dollar) təşkil edib. 
2023-cü ilin eyni dövrü ilə müqayisədə bu həcm 50 % artıb. Emal sənayesinin strukturunda digər qeyri-metal mineral məmulatların xüsusi çəkisi 5,6 faiz təşkil edib. 

Bununla yanaşı, Özbəkistanın müəssisələri 2024-cü ilin yanvar-noyabr aylarında 780,8 trilyon sum (60 milyard ABŞ dolları) dəyərində sənaye məhsulları istehsal edib.

Nəzrin Salmanova

14:23 01.01.2025

Oxunuş sayı: 18559

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR