Aİİ-yə sədrlik Belarusa keçib
Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrlik 2025- ci il yanvarın 1-dən Belarusa keçib.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, növbəti il ərzində Belarus Aİİ orqanlarına: Ali Avrasiya İqtisadi Şurasına, Avrasiya Hökumətlərarası Şurasına və Avrasiya İqtisadi Komissiyası Şurasına sədrlik edəcək.
Qeyd edək ki, sədrlik çərçivəsində Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasının, Avrasiya İqtisadi Forumunun, Avrasiya Hökumətlərarası Şurasının iclasının və Aİİ-nin bir sıra digər tədbirlərinin keçirilməsi planlaşdırılır.
Nəzrin Salmanova
13:50 01.01.2025
Oxunuş sayı: 19328