Gilanın kənd təsərüfatı məhsullarında artım
Ötən ilinin doqquz ayı ərzində (20 mart - 20 dekabr 2024-cü il) Gilanda ümumilikdə 214 milyon dollar dəyərində 394 min ton kənd təsərrüfatı məhsulları ixrac edilib.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Gilan vilayətinin kənd təsərrüfatı idarəsindəki Saleh Məhəmmədi bildirib.
Onun sözlərinə görə, pomidor, qarpız, alma, gilas, kivi, kahı, naringi, portağal ixrac olunan əsas məhsullar olub:
“Əyalətdən kənd təsərrüfatı məhsulları dünyanın 30 ölkəsinə, o cümlədən Özbəkistan, Türkmənistan, Türkiyə, Azərbaycan, Rusiya və digər ölkələrə ixrac olunur. Məhsullar əsasən Astara sərhəd gömrüyündən keçirilir. İranın Gilan vilayətində 314 min hektar əkin və bağçılıq sahəsi var və kənd təsərrüfatı sektorunda 317 min insan çalışır. Vilayətdə əsasən düyü, çay, zeytun, badam, fındıq, sitrus meyvələri becərilir”.
Nəzrin Salmanova
13:30 01.01.2025
Oxunuş sayı: 19357