Gənclər və İdman

WADA-nın cari il üçün qadağan etdiyi maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2025-ci il üçün açıqladığı qadağan olunmuş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə edilib.

Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, WADA-nın açıqladığı siyahı 2025-ci il yanvarın 1-dən etibarlıdır.

Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan olunmuş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.

Bundan əlavə, əsas dəyişikliklərin xülasəsi, izahlı qeydlər və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi saytında yerləşdirilib.

12:15 01.01.2025

Oxunuş sayı: 3339

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR