Rusiya İran dronları ilə kütləvi şəkildə Ukraynaya hücuma keçib
Rusiya ordusu ötən gecə İran istehsalı olan dronlarla Ukraynanın müxtəlif şəhərlərinə kütləvi hücumlar həyata keçirib. Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı rəsmi “Telegram” kanalı vasitəsilə yayıb.
Məlumata əsasən, Ukrayna hava hücumundan müdafiə qüvvələri hücum zamanı 63 ədəd İran istehsalı Şahid-136/131 tipli dronu zərərsizləşdirib.
11:23 01.01.2025
Oxunuş sayı: 3990