CROSSMEDIA - Almaniyada iqtisadi çətinliklər: Həyat bahalaşıb
Xarici xəbərlər

Almaniyada iqtisadi çətinliklər: Həyat bahalaşıb

Almaniya rəhbərliyi sosial şəbəkələrin və onları idarə edənlərin ölkə siyasətinə müdaxilə etməsindən narazıdır.

Konkret ad çəkmədən Almaniya Kansleri Olaf Şolts, sosial şəbəkə X-in sahibi İlon Maskı tənqid edib. Mask daha əvvəl ultrasağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasını dəstəklədiyini bildirmiş və yalnız bu partiyanın ölkəni xilas edə biləcəyini söyləmişdi.

Crossmedia.az xəbər verir ki, Şolts qeyd edib ki, Almaniyanın gələcəyini vətəndaşlar müəyyən edir. “Bunu sosial şəbəkə sahibləri qərarlaşdırmır”, - deyə kansler bildirib və bununla da İlon Maskı nəzərdə tutduğu ehtimal olunur.

“Müzakirələr zamanı bəzən belə bir təəssürat yaranır ki, daha radikal fikir nə qədər səslənərsə, ona bir o qədər çox diqqət yetirilir. Amma Almaniyada işlərin necə gedəcəyini ən yüksək səslə qışqıranlar deyil, əksəriyyət ağıllı və vicdanlı insanlar müəyyən edir”, - deyə Şolts əlavə edib.

Siyasətçi qeyd edib ki, bu, 23 fevralda keçiriləcək federal seçkilərə də aiddir. Şolts vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb.
Kansler həmçinin Magdeburqda Milad yarmarkasına edilən hücumda günahkar olanların məsuliyyətə cəlb olunacağına dair vəd verib.
“Almaniyada çətin zamanlar yaşanır. İqtisadiyyat çətinliklər yaşayır. Həyat bahalaşıb”, - deyə Şolts vurğulayıb.

Almaniya hökumətinin başçısı həmçinin Berlindən Ukraynaya dəstəklərin davam etdiriləcəyini təsdiqləyib.
Şoltsun sözlərinə görə, bir çox insan Ukraynadakı münaqişəyə artan narahatlıq hissi ilə baxır. “Sizi əmin edirəm ki, biz Ukraynanı tək qoymayacağıq və Avropada hər kəsdən daha çox dəstəkləməyə davam edəcəyik. Eyni zamanda, müharibənin genişlənməməsi üçün təmkinli davranacağıq”, - deyə o əlavə edib.

09:11 01.01.2025

Oxunuş sayı: 4030

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR