Fransa Fil Dişi Sahilindən qovulur
Fil Dişi Sahili Prezidenti Alassane Ouattara Fransa qüvvələrinin ölkəsindən çıxarılacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu qərar, Fransa və Afrika ölkələri arasında illərdir davam edən hərbi əməkdaşlığın azaldılması istiqamətində daha bir addım hesab olunur. Son dövrlərdə Fransa qüvvələrinin Burkina Faso, Mali və Niger kimi digər Afrika ölkələrindən də çıxarılması prosesi müşahidə edilir.
Bundan əlavə, Seneqal prezidenti 2025-ci ildə ölkədəki bütün xarici hərbi fəaliyyətin dayandırılacağını, yəni Fransanın əsgərlərini ölkədən çıxarmasını tələb etdiyini açıqlayıb. Bu, Afrika dövlətlərinin daha çox müstəqillik tələb etdiyi və bölgədə xarici təsirləri minimuma endirmək istədiyi yeni bir mərhələnin başlanğıcı kimi görünür.
Ekspertlər hesab edir ki, 2025-ci il Fransanın Afrika qitəsindən tamamilə çıxarılması ili kimi yadda qala bilər.
08:22 01.01.2025
Oxunuş sayı: 4053