CROSSMEDIA - Lukaşenko Paşinyanı "unutdu"?
Xarici xəbərlər

Lukaşenko Paşinyanı "unutdu"?

Yeni il ərzində Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı təbrik etməyib. Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında dərc olunan məlumatda deyilir.

Bildirilib ki, Lukaşenko Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan və digər ölkələrin prezidentlərinə təbrik göndərsə də, Paşinyana mesaj göndərməyib.

Hətta Belarus lideri bütün ermənilərin katolikosu II Qaregini təbrik etməyi də unutmayıb. Ancaq Paşinyanın adı təbrik edilənlər siyahısına daxil edilməyib.

Samirə Şərif

06:16 01.01.2025

Oxunuş sayı: 4736

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR