CROSSMEDIA - İran prezidenti paytaxtı dəniz kənarına köçürmək istəyir
Xarici xəbərlər

İran prezidenti paytaxtı dəniz kənarına köçürmək istəyir

Crossmedia.az xəbər verir ki, Məsud Pezeşkian Simnan əyalətinin nümayəndələr toplantısında paytaxtın köçürülməsi ilə bağlı fikir bildirib.
Simnan əyalətində su çatışmazlığı ilə bağlı bildirən fikirlərə münasibət bildirən prezident deyib: 
“Su qıtlığı problemi təkcə bir əyalətin şəhəri, hətta bir əyalətlə məhdudlaşmır, bu, ümummilli problemə çevrilib".

O, paytaxtın Tehrandan “dəniz kənarındakı şəhərə” köçürülməsinə toxunaraq deyib: "Bizi paytaxtın dəyişdirilməsi haqqında düşünməyə vadar edən səbəblərdən biri Tehranda resurslar və xərclər arasındakı bərabərsizlikdir".

18:55 31.12.2024

Oxunuş sayı: 4490

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR