Ərdoğan Suriyadakı sabitlik haqqında danışıb
Ərdoğan Suriyada sabitliyin yeni dövrünə dəstək vədi verdi: "Biz Suriyada daimi sülh, əmin-amanlıq, sabitlik və iqtisadi rifahın qapılarını açan yeni dövr üçün bütün lazımi dəstəyi verəcəyik”.
Crossmedia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa Yeni il müraciətində deyib.
"İnanıram ki, Suriyada sabitlik möhkəmləndikcə, 13 ildir vətən həsrətini çəkən suriyalı qaçqınların könüllü şəkildə geri qayıtması asanlaşacaq. Qonaqpərvərliyin ən gözəl örnəyini göstərən bütün vətəndaşlarımıza minnətdarlığımı bildirirəm.”- deyə Türkiyə lideri əlavə edib.
Tərlan Əmrahova
14:40 31.12.2024
Oxunuş sayı: 4590