Ukrayna Smolenskdəki yanacaq bazasına zərbə endirib
Ukraynaya məxsus PUA Rusiyanın Smolenskdəki yanacaq bazasına zərbə endirib.
Crossmedia.az xəbər verir ki, yanacaq bazasının yerləşdiyi ərazidə bir neçə partlayış səsi eşidilib. Partlayışlardan sonra ərazidə yanğın başlayıb.
Bölgənin qubernatoru Vasili Anoxin yanacaq bazasına hücum edildiyini təsdiqləyərək bildirib: "Yanğına bazanı vuran PUA-nın qalıqları səbəb olub".
Qeyd edək ki, Smolensk vilayəti Rusiya-Ukrayna sərhədindən çox uzaqda yerləşir.
Tərlan Əmrahova
12:50 31.12.2024
Oxunuş sayı: 4328