Ueyn Runi “Plimut Arqayl”dan ayrıldı
Baş məşqçi Ueyn Runi qarşılıqlı razılaşma əsasında Çempionşip təmsilçisi “Plimut Arqayl”dan ayrılıb. 39 yaşlı keçmiş İngiltərə kapitanı may ayında “Pilqrims”ə rəhbərlik etməyə başladıqdan sonra 23 çempionat oyununda yalnız 4 liqa qalibiyyətinə nail olub və 13 məğlubiyyət alıb.
Runinin rəhbərliyi altında “Plimut” diviziyanın alt sıralarına düşüb. O və komandası son oyunda “Oksford Yunayted”ə 2:0 hesablı məğlubiyyətdən sonra, noyabrın əvvəlindən başlayan 9 oyunluq qələbəsiz seriyada altıncı məğlubiyyətini yaşayıb.
Crossmedia.az “BBC Sport”a istinadən xəbər verir ki, Runi, bu məğlubiyyətdən sonra tənqidləri "şəxsən" qəbul etmədiyini bildirib. Lakin təyin olunduqda "futbolun həyəcanlı və hücumçu brendini təmin etmək üçün mükəmməl namizədi" kimi təriflənən Runi üçün, vəzifə müddətinə son qoyulması kifayət edib.
Məhsuldar karyerası ərzində İngiltərə millisində və “Mançester Yunayted”də qol rekordları qıran Runinin rəhbərliyi altında “Plimut” cədvəlin sonuncu sırasına düşüb.Eyni zamanda ən az qol vuran və İngiltərənin ilk 4 divizionunda ən çox qol buraxan komanda olub.
Nicat Rüstəmzadə
13:05 31.12.2024
Oxunuş sayı: 5391