ABŞ rəsmiləri Suriyada İranın təsirinin qarşısının alınmasını müzakirə edib
Crossmedia.az xəbər verir ki, ABŞ-ın Dəməşqdəki səfirliyinin yaydığı məlumata görə, Amerika rəsmiləri Suriyanın yeni hökumət nümayəndələri ilə görüş keçirib. Görüşdə Suriyada siyasi prosesin təmin edilməsi və İranın təsirinin yenidən güclənməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb.
Səfirlikdən bildirilib ki, görüş zamanı Suriyada itkin düşmüş Amerika vətəndaşlarının taleyi də müzakirə mövzusu olub. Qeyd edilib ki, bu məsələ ABŞ üçün önəmli prioritetlərdən biridir. (Iran International)
12:45 31.12.2024
Oxunuş sayı: 4869