Ermənistan regional enerji proqramlarından kənarda qalıb
Crossmedia.az xəbər verir ki, son zamanlarda Rusiya enerji nəhəngi "Inter RAO"nun nümayəndələri Azərbaycana və Gürcüstana yaxınlaşaraq, ehtiyac yaranarsa, bu ölkələrdən elektrik təchizatını təklif ediblər. Təklif 600 MW-ə qədər idxalı əhatə edir. Artıq Azərbaycandan ilk təchizatlar həyata keçirilib və Gürcüstan da təchizatda iştirak etməyə hazır olduğunu bildirib. Lakin Ermənistandan heç bir bəhs edilməyib.
Erməni iqtisadçı Akop Köçəryan, hökumətin səmərəsiz siyasəti nəticəsində, Ermənistanın böyük enerji ixrac potensialına baxmayaraq, regional proqramlardan kənarda qaldığını qeyd edib. O, bildirib ki, bir səbəb də, hakimiyyətə gələn gənc inqilabçıların Ermənistanla Gürcüstan arasında yeni elektrik ötürmə xəttinin qurulmasında uğursuz olmalarıdır.
Köçəryan əlavə edib ki, 2023-cü ilə qədər Ermənistan Gürcüstana elektrik ixrac edirdisə, artıq 2024-cü ildən etibarən yalnız elektrik idxal edəcək.
Nabat Fərzəliyeva
11:40 31.12.2024
Oxunuş sayı: 4313