CROSSMEDIA - SpaceX daha bir qrup Starlink internet peykini orbitə buraxdı
Xarici xəbərlər

SpaceX daha bir qrup Starlink internet peykini orbitə buraxdı

Crossmedia.az  xarici KİV-ə istinadən xəbər verir ki, SpaceX sosial mediada etdiyi paylaşımda, dekabrın 31-də Falcon 9 raketinin Starlink qlobal internet şəbəkəsinin orbital konstelasiyasını yeniləmək məqsədilə 21 mini-peyk orbitə buraxdığını bildirib.

“21 Starlink peykinin orbitə yerləşdirilməsi təsdiqləndi,” - deyə qeyd edilib.

Raketin buraxılışı Florida ştatındakı Kennedi Kosmik Mərkəzinin 39A buraxılış kompleksindən yerli vaxtla 00:39-da həyata keçirilib.

Təxminən bir saat sonra peyklər raketin ikinci pilləsindən ayrılaraq orbitə daxil olub.

Buraxılış zamanı raketin 16-cı dəfə istifadə olunan ilk təkrar istifadə edilə bilən pilləsi ayrıldıqdan sonra Atlantik okeanında yerləşən "Just Read the Instructions" adlı pilotsuz gəmisinə idarə olunan şaquli eniş edib.

Nabat Fərzəliyeva

10:35 31.12.2024

Oxunuş sayı: 4761

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR