Almaniya Ukraynaya dəstəyi davam etdirəcək
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Almaniya rəsmilərini Ukraynaya davamlı dəstəyi və NATO qarşısındakı öhdəlikləri seçicilərə daha yaxşı izah etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Vadeful bunu Berlində keçirilən Almaniya səfirlərinin konfransında deyib.
Nazirin sözlərinə görə, NATO həm Rusiyanın yaratdığı xarici təhlükə, həm də Almaniyada alyansa qarşı artan skeptisizm səbəbindən “siyasi stress testindən” keçir. O qeyd edib ki, bu yanaşma son əyalət seçkilərində artıq “görünən və hiss olunan” olub.
Vadeful Ukraynaya dəstəklə bağlı da oxşar çağırış edib. O bildirib ki, Almaniya Kiyevin yanında olmaqda davam edəcək.
Nazirin sözlərinə görə, Ukraynaya dəstək yalnız bu ölkənin deyil, həm də Avropanın təhlükəsizliyinin maraqlarına xidmət edir.
21:27 10.09.2026
Oxunuş sayı: 45