İranda yeraltı obyektdə tikinti işləri aşkarlanıb
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə proqramı ilə əlaqəli fəaliyyət üçün istifadə olunduğundan şübhələnilən “Pickaxe Mountain” adlı gücləndirilmiş yeraltı obyektdə tikinti işləri qeydə alıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, uzaqdan müşahidə məlumatları obyektin ətrafında tikinti işləri ilə bağlı fəallığın olduğunu göstərir.
Qrossinin sözlərinə görə, agentlik hələlik tunel kompleksində inspeksiya aparmayıb və ərazidə konkret olaraq hansı işlərin görüldüyünə dair məlumatı yoxdur.
19:19 10.09.2026
Oxunuş sayı: 37