Azərbaycan əsas tədarük bazarına çiyələk satışından qazancını 2,5 dəfə artırıb
Bu ilin I yarısında Azərbaycan 67,15 milyon ABŞ dolları dəyərində 46 min 439 ton çiyələk və bağ çiyələyi (təzə) ixrac edib.
Crossmedia.az'ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 88 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 66,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,5 dəfə çox) 45 min 613 ton (+87 %), Qazaxıstana 841,7 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 691,4 ton (+2,4 dəfə), Gürcüstana 121,7 min ABŞ dolları dəyərində (+8 dəfə) 83,2 ton (+6 dəfə) və Belarusa 64,6 min ABŞ dolları dəyərində (+4 dəfə) 51,3 ton (+4 dəfə) məhsul satıb.
2025-ci ildə Azərbaycandan idxal edilmiş 36 min 478 ton çiyələyin 98,9 %-i Rusiyanın payına düşüb.
17:48 08.09.2026
Oxunuş sayı: 40