Azərbaycanda sabiq icra başçısı vəfat etdi
Ağdaş Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Veyis Məmmədov vəfat edib.
Crossmedia.az xəbər verir ki, filologiya elmləri namizədi, alim-pedaqoq V.Məmmədovun 80 yaşı vardı.
O, Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından olub və 1992-93-cü illərdə Ağdaş Rayon İcra Hakimiyyətinə rəhbərlik edib.

14:43 08.09.2026
Oxunuş sayı: 46