CROSSMEDIA - Günəşdə iki güclü partlayış baş verib
Xarici xəbərlər

Günəşdə iki güclü partlayış baş verib

Günəşdə ən yüksək sinif partlayışlar qeydə alınıb.

Crossmedia.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

"Dekabrın 30-da Moskva vaxtı ilə saat 7:14-də (Bakı vaxtı ilə 8:14) 3936 (N10W46) ləkə qrupunda rentgen diapazonunda 37 dəqiqə davam edən X1.5 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə 7:32-də (Bakı vaxtı ilə 8:32) 3932 (S18W50) ləkə qrupunda rentgen diapazonunda 5 dəqiqə davam edən X1.1 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Həmçinin, Günəşdə M sinfinə aid daha altı partlayış olub.

Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yerin orbitində bir kvadratmetrə 10 nanovatt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, bir qayda olaraq, günəş plazmasının atılması ilə müşayiət olunur ki, onun buludları Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.

Nəzrin Salmanova

17:28 30.12.2024

Oxunuş sayı: 7172

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR