Ukraynada yeni hücum həyəcanı: Tu-160-lar havaya qaldırıldı
Ukraynaya yeni kütləvi zərbə endirilə biləcəyi barədə məlumat yayılıb.
Crossmedia.az xəbər verir ki, “Voenkorı Russkoy Vesnı” Telegram kanalı havaya dörd Tu-160 strateji bombardmançısının qaldırıldığını bildirib.
Məlumata görə, daha 10-a qədər Tu-95MS və 4 Tu-160M raketdaşıyan təyyarəsi hazır vəziyyətdədir. Ehtimal olunan hədəflər arasında Kiyev və Lvov vilayətləri, həmçinin enerji və qaz infrastrukturu ilə hərbi obyektlərin olduğu qeyd edilir.
Kanalın məlumatına əsasən, mümkün zərbə zamanı X-101 qanadlı raketləri və “İsgəndər-M” raketlərindən istifadə oluna bilər. Bu məlumatlar hələlik müstəqil şəkildə təsdiqlənməyib.
23:22 07.09.2026
Oxunuş sayı: 44