Ukraynada qadınlar dron bölmələrinə cəlb edilir
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları qadınların pilotsuz uçuş aparatlarının idarə edildiyi bölmələrə cəlb olunması üçün kampaniyaya başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrinform məlumat yayıb.
Məlumata görə, qadınlara 100-600 kilometr məsafədən pilotsuz aparatlarla zərbələrin endirilməsi istiqamətində xidmət təklif olunur. Kampaniyada Kiyev knyaginyası və müqəddəs Olga obrazından da istifadə edilir.
Qeyd edək ki, son dövrlərdə Ukraynada qadınların orduya cəlb edilməsi və mümkün səfərbərliyi ilə bağlı müzakirələr də intensivləşib.
23:04 07.09.2026
Oxunuş sayı: 42