CROSSMEDIA - Rus hərbçilər Ermənistan-İran sərhədindən çıxdılar
Xarici xəbərlər

Rus hərbçilər Ermənistan-İran sərhədindən çıxdılar

Bu gündən Ermənistan-İran dövlət sərhədinin Aqarak (Əkərək-red.) sərhəd keçid məntəqəsində sərhəd nəzarətini yalnız Ermənistan Respublikasının zabitləri həyata keçirir.

Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.

Paşinyan əlavə edib ki, Ermənistan müstəqillik əldə etdiyi gündən indiyə qədər Aqarak (Əkərək-red.) keçid məntəqəsində sərhəd nəzarəti Rusiya Federasiyasının Sərhəd Mühafizəsinin zabitləri həyata keçirirdi. O, göstərdikləri xidmətə görə ruslara təşəkkür edib: “Və bu gündən sərhəd nəzarətini üzərinə götürən sərhədçilərimizə uğurlar və xeyirli xidmət arzu edirəm”.

15:47 30.12.2024

Oxunuş sayı: 4104

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR