ABŞ-dən Ukranyaya 6 milyard dollar yardım
ABŞ Ukraynaya əlavə olaraq təxminən 6 milyard dollar hərbi və büdcə yardımı elan edib.
Crossmedia.az “Reuters”ə istinadən xəbər verir ki, Prezident Co Bayden prezidentlik müddətinin son həftələrində Kiyevə yardımı artırmaq üçün bu addımı atıb.
Qeyd edək ki, Bayden Ukraynaya əlavə olaraq 2,5 milyard dollar təhlükəsizlik yardımı elan edib.
“ABŞ Ukraynaya əlavə olaraq 3,4 milyard dollar büdcə yardımı ayırıb və bu, müharibədən əziyyət çəkən ölkəyə Rusiya hücumlarının intensivləşməsi fonunda vacib resursları təmin edir”,- deyə ABŞ- nin maliyyə naziri Canet Yellen bildirib.
Nəzrin Salmanova
15:41 30.12.2024
Oxunuş sayı: 8975