SEPAH antiterror əməliyyatı keçirib
SEPAH-ın quru qoşunları ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində antiterror əməliyyatı zamanı terrorçu qruplaşmaya ağır itkilər verib.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, 110-cu Salman Farsi Xüsusi Əməliyyat Briqadasının komandiri, ikinci briqada generalı Seyid Məhəmməd Hüseyni bildirib ki, əməliyyat "Ceyş əl-Ədl"in fəaliyyətini ciddi şəkildə pozub.
"Təhlükəsizlik Şəhidləri” kampaniyası zamanı SEPAH quru qüvvələrinin ən mühüm nailiyyətlərindən biri də bir neçə terrorçu hücrə və bazanın məhv edilməsi olub. Terrorçuların ölkənin daxili ərazilərində yerləşən sığınacağı aşkar edilərək məhv edilib. Bu da “Ceyş əl-Ədl” terrorçularının fəaliyyətinə ciddi zərbə vurub",- deyə o bildirib.
Nəzrin Salmanova
15:59 30.12.2024
Oxunuş sayı: 8571