CROSSMEDIA - Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlanıldı
Xarici xəbərlər

Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlanıldı

Ermənistanın keçmiş müdafiə naziri general-mayor Arşak Karapetyan Moskvanın mərkəzindəki polis bölməsinə çağırılıb.

Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya və Ermənistan KİV-ləri məlumat yayıb.

Rusiyadakı mənbələrin məlumatına görə, Karapetyan Ermənistan ərazisində axtarışa verilib. O, “qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “hakimiyyətdən sui-istifadə” maddələri üzrə ittiham olunur.

Erməni mənbələri isə bildirir ki, Karapetyanın polis bölməsinə çağırılması Ermənistan hüquq-mühafizə orqanları tərəfindən göndərilən sənədlərlə əlaqədardır. Hazırda o, artıq polis bölməsini tərk edib.

Qeyd edək ki, Arşak Karapetyan 2021-ci ilin 3 avqustundan 15 noyabrına qədər Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb.

Gültac Mehdizadə

14:15 30.12.2024

Oxunuş sayı: 4412

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR