Rusiya XİN: “İran və İsrail arasında qarşıdurma təhlükəli həddə çatıb”
“İran və İsrail arasında qarşıdurma təhlükəli həddə çatıb”
Crossmedia.az "ISNA"ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir Qərbi Asiyada qeyri-sabitlik və qarşıdurmaların kökünü ABŞ-nin region ölkələrinin daxili işlərinə qarışmaq istəyinin güclü olması hesab edib.
“Qərbi Asiya ölkələrində münaqişələrin daim təkrarlanması ABŞ-nin məsuliyyətsiz addımları və ərəb ölkələrinin daxili işlərinə fəal şəkildə müdaxilə etmək istəyinin nəticəsidir. Tehran və Təl-Əviv arasında qarşıdurma təhlükəli həddə yaxınlaşır”, - deyə, Rusiya XİN rəhbəri qeyd edib.
14:06 30.12.2024
Oxunuş sayı: 4806