CROSSMEDIA - Gürcüstanın yeni prezidenti bu qanunları İMZALADI
Xarici xəbərlər

Gürcüstanın yeni prezidenti bu qanunları İMZALADI

Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti kimi and içdikdən dərhal sonra (andiçmə mərasimi 29 dekabrda baş tutub – red.) parlamentin noyabrda tez bir zamanda qəbul etdiyi bütün qanunları imzalayıb.

Crossmedia.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun gürcü xidməti məlumat yayıb.

Təsdiqlənən qanunlar bunlardır: İctimai mitinqlər zamanı pirotexniki vasitələrdən və lazerlərdən istifadə qadağan edilir; mitinqlərdə üzü örtmək qadağan edilir; yolların bağlanmasına və qraffitilərə görə cərimələr əhəmiyyətli dərəcədə artırılır və mitinqlər zamanı həbs üçün yeni əsaslar əlavə edilir.

Həmçinin dövlət orqanlarında işdən çıxarılma və işə qəbul prosesləri də sadələşdirilib. 
Yeniliklərdən biri də ondan ibarətdir ki, iddia məhkəmə tərəfindən təmin edilsə belə, dövlət artıq həmin şəxsi hökumət strukturunda əvvəlki işinə qaytarmağa borclu deyil. Hüquq müdafiəçilərinin fikrincə, “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklər işçilərin siyasi motivlərlə işdən çıxarılmasını asanlaşdırır.

“Polis haqqında” qanuna edilən daha bir dəyişiklik bəzi kateqoriyadan olan əməkdaşların Daxili İşlər Nazirliyində işə başlamasını asanlaşdırır.

Qeyd edək ki, digər mühüm düzəliş Zurabişvili ilə bağlıdır. Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili dövlət himayəsi hüququnu itirib.

Nəzrin Salmanova

12:52 30.12.2024

Oxunuş sayı: 13968

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR