İsveçrə Ukraynada sülh prosesinə töhfə vermək istəyir
İsveçrə Xarici İşlər Naziri İqnatsio Kassis bəyan edib ki, ölkəsi Rusiya-Ukrayna münaqişəsinin həllində fəal iştirak etmək niyyətindədir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, İsveçrənin “əlavə dəyəri” onun neytrallığı və Ukraynada sülhün bərqərar olunması istiqamətindəki səylərindədir.
“Əgər İsveçrə Ukraynada sülhün təmin edilməsi prosesində fəal rol oynasa, bu, həm dünyada sabitliyə, həm də bizim reputasiyamıza töhfə verəcək. Sadə dillə desək, dünya nə qədər mürəkkəbdirsə, bizim əlavə dəyərimiz də bir o qədər böyükdür”, – deyə İqnatsio Kassis qeyd edib.
Gültac Mehdizadə
12:33 30.12.2024
Oxunuş sayı: 3280