Qəzzada körpələr soyuqdan ölür
15 aydır davam edən müharibə nəticəsində didərgin düşmüş yüz minlərlə fələstinli qışın gəlişi səbəbindən Qəzza zolağında çadırlarda məskunlaşıblar.
Crossmedia.az "Associated Press"ə istinadən xəbər verir ki, uzun müddət soyuq şəraitdə qalan körpələrdən biri, 20 günlük Comaa əl-Batran hipotermiyadan ölüb.
Atası Yehia bildirib ki, körpənin başı bazar günü səhər tezdən buz kimi soyuq olub. Əkiz qardaşı Əli isə reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, ailə çadırda yaşadığı üçün körpələri isti saxlamaq mümkün olmayıb. Həmçinin, gecələr temperatur 10 dərəcədən aşağı düşür.
Nəzrin Salmanova
11:22 30.12.2024
Oxunuş sayı: 15663