Kobaxidze: Gürcüstan ABŞ-la münasibətləri bərpa etməyə hazırdır
Gürcüstan ABŞ ilə münasibətləri bərpa etməyə hazırdır və yeni seçilmiş prezident Donald Trampın administrasiyasından qarşılıqlı addımlar gözləyir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Məqsədimiz ABŞ-lə münasibətləri əvvəlki kimi bərpa etmək, strateji tərəfdaşlığı yeniləməkdir. Biz buna tamamilə açığıq, hazırıq və ümid edirik ki, yeni ABŞ administrasiyası zamanı effektiv qarşılıqlı addımlar görəcəyik”, - deyə o vurğulayıb.
Nəzrin Salmanova
10:29 30.12.2024
Oxunuş sayı: 17635