CROSSMEDIA - SEPAH generalı: Düşmənin hesablamaları səhv oldu
Xarici xəbərlər

SEPAH generalı: Düşmənin hesablamaları səhv oldu

Düşmənin İranla bağlı bütün hesablamaları uğursuzluqla nəticələnib.

Crossmedia.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandirinin müavini, kontr-admiral Əli Fədavi deyib.

Onun sözlərinə görə, bu səhv hesablamalar düşməni İrana hücum etmək barədə düşünməyə sövq edib:

Düşmən yanlış olaraq İrana qarşı hibrid müharibənin onu qələbəyə apara biləcəyinə inanırdı, lakin güc elementlərinin fiziki avadanlıqla məhdudlaşmadığını dərk etmirdi.

Qeyd edək ki, İran müdafiə qabiliyyətinin azalmadığını, əksinə gücləndiyini nümayiş etdirmək üçün dekabrın 28-də hərbi təlimlərə başlayıb.

Samirə Şərif

10:17 30.12.2024

Oxunuş sayı: 4206

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR