Polşa Ukraynaya kömək etməyə hazırdır
Slovakiyanın Baş naziri Robert Fiko müharibədən əziyyət çəkən Ukraynaya elektrik enerji təchizatını kəsmək hədəsinə əməl edərsə, Polşa Ukraynaya elektrik enerjisi ixracını artırmağa hazırdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yüksək vəzifəli məmur “Bloomberg”ə məlumat verib.
Polşa hökuməti Slovakiyanın hərəkəti halında Ukraynanın enerji sistemində yaranacaq çətinliyi kompensasiya etmək üçün yerli elektrik istehsalını artırmağa hazırdır.
Qeyd olunur ki, Varşavanın təminatları Ukrayna ərazisindən qaz tranzitinin gələcəyi ilə bağlı mübahisələrin kəskinləşməsi fonunda verilir.
Eyni zamanda, Slovakiyanın Baş naziri Robert Fiko gələn ildən başlayaraq Ukraynaya enerji nəqlini dayandırmaq planlarını açıqlayıb.
Samirə Şərif
09:56 30.12.2024
Oxunuş sayı: 4384