Sevastopola hücum: 7 Ukrayna dronu vuruldu
Sevastopol üzərində Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Sevastopol qubernatoru Mixail Razvojayev bildirib ki, hücumdan sonra Kamışovoye şossesi ərazisindəki bağçılıq massivlərindən birində yanğın qeydə alınıb.
Bundan başqa, Radiqorka ərazisində yaşayış binasının həyətində partlayıcı maddə daşıdığı bildirilən düşmüş dron aşkarlanıb.
Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilib. Razvojayev hadisə ilə bağlı əlavə məlumat verməyib.
Bu, sentyabrın 4-də Sevastopola edilən ikinci hücum olub. Bundan əvvəl həmin gün Abramov körfəzi ərazisində daha bir pilotsuz uçuş aparatı hərbçilər tərəfindən vurulub.
Həmin vaxt qubernator şəhər sakinlərini açıq ərazilərdən uzaqlaşmağa və təhlükəsiz yerlərdə qalmağa çağırıb.
15:09 04.09.2026
Oxunuş sayı: 55