Peskovdan Ukrayna danışıqları ilə bağlı mühüm açıqlama
Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlara dair mövqeyi dəyişməz olaraq qalır.
Crossmedia.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu barədə açıqlama verib.
Peskov bildirib ki, Rusiya Federasiyasının iki il əvvəl Vladimir Putin tərəfindən açıqlanan mövqeyi dəyişməyib.
Onun sözlərinə görə, Moskva münaqişənin diplomatik yolla nizamlanmasına keçməyə hazırdır.
Kremlin sözçüsü ABŞ-ın sülh danışıqlarında vasitəçilik etməyə hazır olduğunu da xatırladıb. Peskov Vaşinqtonun bu məsələdə xoş niyyətinin hələ də mövcud olduğunu qeyd edib.
Daha əvvəl Vladimir Putin Ukrayna ilə danışıqlarda üçüncü ölkələrin rolundan danışıb. Onun sözlərinə görə, ilk növbədə Rusiya və Ukrayna bir-biri ilə razılığa gəlməlidir, üçüncü ölkələr isə bu prosesə yalnız yardım göstərə bilər.
14:19 04.09.2026
Oxunuş sayı: 48