Sudan aclıq haqqında bəyanatı rədd edib
Sudan ölkədə aclığın yayılması ilə bağlı beynəlxalq təşkilat tərəfindən verilmiş hesabatı rədd edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Sudan hökuməti, Qlobal Aclıq Monitoru olan İnteqrasiya Olunmuş Qida Təhlükəsizliyi Təsnifatı (IPC) tərəfindən yaxın zamanlarda təqdim edilmiş hesabatın qeyri-dəqiq standartlara və fərziyyə xarakterli nəticələrə əsaslandığını bildirib.
“Hesabat köhnəlmiş məlumatlara, məsafəli ünsiyyətlərə və ikinci dərəcəli mənbələrə əsaslanıb. Bu da onun etibarlılığı ilə bağlı narahatlıq yaradır,” - deyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
Bəyanata əsasən: “Sudan hökumətinin məqasədi xalqının əziyyətini yüngülləşdirmək, qida təhlükəsizliyini artırmaqdır. Həmçinin, humanitar böhranın əsas səbəblərini aradan qaldırmaq üçün tərəddüdsüz öhdəliyini bir daha vurğulayır".
Bu həftə yayımlanan hesabatda IPC Sudan üzrə ən azı beş ərazidə, o cümlədən Şimali Darfurda yerləşən Zamzam məcburi köçkünlər düşərgəsində və Qərbi Nuba dağlarının bəzi hissələrində aclığın olduğunu bildirib. Hesabatda həmçinin Sudanın daha 17 ərazisinin aclıq riski ilə üzləşdiyi qeyd olunub.
Sudan 2023-cü ilin aprel ayının ortalarından etibarən Sudan Silahlı Qüvvələri ilə paramilitar Rapid Support Forces (Tez Dəstək Qüvvələri) arasında baş verən dağıdıcı münaqişənin təsiri altındadır. Son beynəlxalq təşkilatların hesablamalarına görə, münaqişə nəticəsində 29.680-dən çox insan həyatını itirib, 14 milyondan çox insan isə ölkə daxilində və ya xaricində məcburi köçkün vəziyyətinə düşüb.
Fidan Hacızadə
07:50 30.12.2024
Oxunuş sayı: 4193