Efiopiyada dəhşətli yol qəzası: 60 nəfər həlak olub
Efiopiyanın cənubunda, Sidama bölgəsində baş verən ağır yol qəzasında ən azı 60 nəfər həyatını itirib. Hadisə bazar günü Bona rayonunda qeydə alınıb. Sərnişinlərlə dolu yük maşını çaya düşüb. Nəticədə çox sayda insan həlak olub.
Crossmedia.az Regional kommunikasiya bürosunun yaydığı məlumata istinadən xəbər verir ki, qəza nəticəsində sağ qalanlar hazırda Bona Ümumi Xəstəxanasında müalicə alırlar. Lakin hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Efiopiya Yayım Korporasiyası (EBC) bildirib ki, sərnişinlər toy mərasiminə gedirmişlər.
Efiopiyada yol-nəqliyyat qəzaları tez-tez baş verir. Pis vəziyyətdə olan nəqliyyat vasitələri və zəif sürücülük standartları belə hadisələrin əsas səbəbi hesab olunur.
Xatırladaq ki, 2018-ci ildə ölkənin şimalında avtobusun dərəyə düşməsi nəticəsində əsasən tələbələr olmaqla, 38 nəfər həlak olmuşdu.
Fidan Hacızadə
07:11 30.12.2024
Oxunuş sayı: 4130