İtaliya seçkilərində xarici müdaxilə təhlükəsi
İtaliyanın xarici işlər naziri Antonio Tajani 2027-ci ildə keçiriləcək parlament seçkiləri zamanı Rusiyanın seçki prosesinə təsir göstərməyə cəhd edə biləcəyini istisna etməyib.
Crossmedia.az xəbər verir ki, “ANSA” bu barədə məlumat yayıb.
Tajani bildirib ki, belə müdaxilə cəhdlərinin qarşısını erkən mərhələdə almaq lazımdır. Onun sözlərinə görə, məsələ yalnız İtaliyaya deyil, Avropa İttifaqının digər ölkələrinə də aiddir.
“Rusiya Federasiyasının Avropa İttifaqı ölkələrinin demokratik həyatına müdaxilə etmək cəhdlərini istisna etmirəm. Bu, tamamilə qəbuledilməz olardı”, – deyə nazir vurğulayıb.
Tajani həmçinin qeyd edib ki, İtaliya hazırda Rusiya ilə müharibə vəziyyətində deyil və buna görə də mümkün müdaxilə cəhdlərinə qarşı diqqətli olmaq vacibdir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti Avropa İttifaqının Rusiyada seçki prosesinə mane olmaq və seçkilərin nəticələrini gözdən salmaq niyyətində olduğunu iddia etmişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə xarici müdaxilə cəhdlərinin müxtəlif ölkələrin daxili işlərinə münasibətdə əvvəllər də olduğunu bildirib.
15:07 02.09.2026
Oxunuş sayı: 50