Almaniya Rusiyanın əsas hədəfidir - Şok proqnoz
Son dövrlər Rusiya ilə Qərb ölkələri arasında gərginlik fonunda mümkün hərbi qarşıdurma ehtimalları yenidən müzakirə olunur. Xüsusilə Almaniya, Polşa və Böyük Britaniyanın adı bu kontekstdə tez-tez hallanır. Bununla belə, hazırda tərəflər arasında birbaşa hərbi toqquşma baş verməyib. Maraqlıdır ki, uzun illər müharibələrdən kənar qalan Almaniyada artıq Rusiyaya qarşı formalaşan blokda özünə yer alır. Və NATO da Almaniyanı dəstəklədiyini bildirir.

Politoloq Zərdüşt Əlizadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiya üçün geosiyasi və coğrafi baxımdan Almaniya və Polşa əsas hədəf ölkələr sırasında yer alır. Rusiya gələcəkdə Böyük Britaniya, Almaniya və Polşaya zərbələr endirə biləcəyi ilə bağlı açıq mesajlar verir. Rusiya üçün geosiyasi və coğrafi baxımdan ən yaxın və əsas hədəf ölkələr Polşa və Almaniyadır. Rusiya artıq açıq şəkildə gələcəkdə Böyük Britaniyaya, Almaniyaya və Polşaya zərbələr endirə biləcəyini bəyan edir. Bununla belə, Avropa və NATO tərəfi də öz növbəsində narahatlığını və xəbərdarlıqlarını ifadə edir. Lakin hələlik bütün bunlar yalnız söz və bəyanat səviyyəsindədir. Ortada ciddi hərbi-siyasi addım və ya real toqquşma yoxdur. Şükür ki, hələ vəziyyət o həddə çatmayıb”.
Zeynəb Həsən
14:30 02.09.2026
Oxunuş sayı: 43