Yeni Taliban qaydası : Artıq qadınlar heç bir halda…
Talibanın lideri Heybətulla Axundzadə qadınların evdən görünməməsi üçün yeni qaydalar açıqlayıb.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, yeni qaydaya görə artıq qadınların heç bir halda evin pəncərələrindən görünməsinə icazə verilmir.
Bu qaydalara görə, yeni tikililərdə qadınların olduğu yerlərə baxan pəncərələrin olması qadağandır. Mövcud pəncərələr üçün divar tikilməli və ya digər tədbirlər görülməlidir.
Həmçinin , bildirilib ki, bütün bu qaydaların həyata keçirilməsində Talibanın idarə etdiyi digər qurumlar məsuliyyət daşıyır.
Qeyd edək ki, Taliban qadınların təhsilini, işlərini və ictimai yerlərə çıxışını qadağan edib.
Nəzrin Salmanova
18:44 29.12.2024
Oxunuş sayı: 14773