Üç ölkə Ukraynanın müdafiə sənayesinə vəsait ayırıb
Danimarka, Fransa və Litva Ukraynanın müdafiə sənayesinin inkişafı üçün 150 milyon avrodan çox vəsait ayırıb.
Bu barədə Crossmedia.az UNN-ə istinadən xəbər verib.
Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, bu vəsaitlər raketlər, dərin zərbələr endirən pilotsuz təyyarələr və artilleriya qurğularının istehsalı üçün istifadə olunacaq.
O, tərəfdaşlara Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm dəstək və töhfələrinə görə təşəkkür edib.
Samirə Şərif
16:22 29.12.2024
Oxunuş sayı: 4802