Aİ Rusiyadan neft daşıyan tankeri dayandırıb
Avropa İttifaqında (Aİ) Rusiyadan neft daşıdığı iddia edilən tanker saxlanılıb.
Crossmedia.az ˝TASS˝a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, Kamerun bayrağı altında üzən gəmi Aİ ölkələrindən biri tərəfindən yoxlama üçün dayandırılıb.
Kallas iddia edib ki, bu, ilin əvvəlindən Aİ ölkələri tərəfindən yoxlama məqsədilə saxlanılan Rusiyanın “kölgə donanması”na aid altıncı tankerdir.
19:54 31.08.2026
Oxunuş sayı: 45