Kiyev və Odessada mühüm obyektlər vurulub
Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev və Odessa vilayətlərində hərbi yüklərin saxlanması və daşınmasında istifadə edilən logistika obyektlərinə zərbələr endirib.
Crossmedia.az ˝TASS˝a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Kiyev vilayətinin Poqrebi yaşayış məntəqəsində yerləşən DHL Logistik mərkəzi və Borispolda fəaliyyət göstərən Zammler Sklad ticarət-logistika mərkəzi vurulub. Rusiya tərəfi həmin obyektlərdə hərbi təyinatlı yüklərin saxlanıldığını bildirib.
Bundan əlavə, Yujnı limanında Ukrayna Silahlı Qüvvələri üçün hərbi yük daşıdığı bildirilən quru yük gəmisinin, eləcə də Odessa vilayətində hərbi yüklərin saxlanılması üçün istifadə olunan logistika mərkəzinin vurulduğu açıqlanıb.
Məlumata görə, zərbələr pilotsuz uçuş aparatları ilə həyata keçirilib.
19:23 31.08.2026
Oxunuş sayı: 54