Suriyanın Hums əyalətində kütləvi məzarlıq aşkarlanıb
Suriyanın Hums əyalətinin ətrafında devrilmiş Bəşər Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərə aid olduğu ehtimal edilən kütləvi məzarlıq tapılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, qəbirlərin açılması üçün əraziyə ekspert qrupları və mülki müdafiə əməkdaşları göndərilib.
Bildirək ki, Suriyada hələ də aşkar edilməmiş çox sayda kütləvi məzarlıqların olduğu düşünülür.
Nəzrin Salmanova
15:48 29.12.2024
Oxunuş sayı: 21903