Ukrayna ordusu Rusiya hərbi obyektlərini vurub
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində və avqustun 31-nə keçən gecə Rusiya qoşunlarının bir sıra hərbi obyektlərinə zərbələr endirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Baş Qərargahın məlumatına görə, Bryansk vilayətinin Desnyanski rayonunda radiolokasiya stansiyası, Ploskobukreyevka ərazisində isə S-400 “Triumf” zenit-raket kompleksinin komanda-qərargah maşını vurulub.
Bundan əlavə, Belqorod vilayətində rabitə qovşağının, Zaporojye vilayətinin Qulyaypole ərazisində PUA idarəetmə məntəqəsinin, eləcə də işğal olunmuş Krımda, Luqansk və Kursk vilayətlərində bir neçə maddi-texniki təchizat anbarının məhv edildiyi bildirilib.
14:40 31.08.2026
Oxunuş sayı: 54