STAR neft emalı zavodu dizel yanacağı istehsalını 6 %-dən çox artırıb
Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 560 min 350 tondan çox dizel yanacağı istehsal edib.
Bu barədə Crossmedia.az Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2025-ci ilin iyun ayı ilə müqayisədə 23 min 372 ton və ya 6,13 % çoxdur.
Ümumilikdə, bu ilin iyun ayında Türkiyədə fəaliyyət göstərən emal müəssisələrində 1 milyon 429 min 805 min tona yaxın dizel yanacağı istehsal edilib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 25 min 931 ton və ya 1,85 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.
11:49 31.08.2026
Oxunuş sayı: 53