Seysmoloqdan qorxunc açıqlama: "Anadoluda zəlzələ potensialı böyükdür"
Məşhur seysmoloq Naci Görür Türkiyədə baş verən zəlzələ ilə bağlı qorxunc açıqlama verib.
Crossmedia.az xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.
Qeyd edək ki, Naci Görür zəlzələnin həmin ərazinin potensial zəlzələ ocağı olduğunu vurğulayıb:
“Zəlzələlər Aralıq dənizində Krit ətrafında, Plini-Strabon qırılma zonasında baş verir və xüsusilə Muğla ətrafında hiss olunur (4.3, 4.5). Bu zonada Afrika plitəsi Anadolu plitəsinin altına keçərək tükənir. Zəlzələ potensialı böyükdür”, - deyə o, paylaşımında bildirib.
Bildirək ki, Muğlanın Datça rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Nəzrin Salmanova
14:20 29.12.2024
Oxunuş sayı: 23012