CROSSMEDIA - İranda TERROR AKTI - Kamikadze özünü partlatdı
Xarici xəbərlər

İranda TERROR AKTI - Kamikadze özünü partlatdı

İranin cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Ləngə şəhərində terror aktı törədilib.

Crossmedia.az “Haber Global”a istinadən xəbər verir ki, Hörmüzqan əyalətinin polis idarəsindən verilən açıqlamada, hadisənin Bəndər Ləngə şəhər polis idarasinin qarşısında baş verdiyi, kamikadzenin özünü partlatdığı bildirilib.

Hörmüzqan Prokurorluğunun verdiyi məlumata görə, kəşfiyyat polisinin rəhbəri Müctəba Şəhidi şübhəli görünən avtomobili saxlayıb. Avtomobildə olan kamikadze maşından düşərək polis idarasinin qarşısında özünü partladıb. Partlayış zamanı yaralanan Müctəba Şəhidi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hücumla əlaqədar bir nəfər həbs edilib.

Hələlik terroru hansı qruplaşmanın törətdiyi məlum deyil.

Fidan Hacızadə

12:37 29.12.2024

Oxunuş sayı: 3835

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR